Beynəlxalq vasitəçilərin fəaliyyətsizliyi - cani, terrorçu Ermənistanın dəstəklənməsi - ŞƏRH

Beynəlxalq vasitəçilərin fəaliyyətsizliyi - cani, terrorçu Ermənistanın dəstəklənməsi - ŞƏRH backend

Ötən gecə işğalçı Ermənistan ordusu atəşkəs rejimini pozaraq, Azərbaycanın mülki sakinlərini atəşə tutub.

Onların Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olub. Başqa mülki şəxs, 1965-ci ildə anadan olan Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Bu cinayətkar əməlindən əl çəkməyən erməni tərəfi, Ermənistan rəsmiləri və KİV-i isə bunu “düşmənin (yəni Azərbaycan tərəfin - S.İ.) atəş nöqtəsinə zərbə” adlandırıb. Atəşə tuş gələn nənənin yaşadığı ev “atəş nöqtəsi”dirmi?! Yoxsa, 2 yaşlı Zəhra və 52 yaşlı Sahibə nənə hərbçidir?! Onlar iddia edir ki, Azərbaycan tərəfi “itki verib”. Düzdür, itki var, ancaq öz evlərində erməni canilərinin açdığı atəş nəticəsində mülki qadın sakinlər şəhid olub, bir qadın-mülki şəxs isə yaralanıb.
Baş verən hadisənin belə yayımlanması işağlçı bir dövlətin, Ermənistanın mənəvi-əxlaqi göstəricisidir. Əslində, əxlaqlı və mənəviyyatlı olsa idilər heç qonşu torpağında gözü olmaz, başqasının torpağının işğal olunmasında alətə çevirilməzdilər.



zərbaycanın Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın bu addımını vandalizm aktı kimi qiymətləndirərək düşmən dövlətin terrorçu mahiyyətini bir daha sübut etdiyini bildirib.
“Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər.



Yaranmış vəziyyətə görə, bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür", - deyə XİN rəsmisi bəyanatında qeyd edib.
Ermənistanın işğalçı davranışı və terrorçuluq fəaliyyəti davam etdirilsə də Azərbaycan tərəfi münaqişənin danışqılar yolu ilə həllindən də imtina etmir.
Qeyd edək ki, Azərbaycan xarici işlər nazirləri Elmar Məmmədyarovla erməni həmkarı Edvard Nalbandyan arasında iyulun 11-də Avstriyanın Mauerbax şəhərində görüşü planlaşdırılıb.

Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri, qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax isə bildirib ki, bu ilin sentyabrın 25-də Yunanıstan paytaxtı Afina şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək: "Bu görüşdə sülhün yaradılması proseslərində iştirak edən bütün tərəfdaşlar, habelə ATƏT-in Minsk qrupunun üzvlərinin iştirakı nəzərdə tutulub. Görüş zamanı Avropa Şurası məkanında olan 4 münaqişənin həlli ilə bağlı müzakirələr aparılacaq, lakin Dağlıq Qarabağ münaqişəsi prioritet hesab edilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün aparılan danışıqlarda fasilə yaranması Ermənistan parlamentindəki dəyişikliklərlə bağlıdır".

İşğalçının Azərbaycan torpaqlarından danışıqlar yolu ilə çıxması istiqamətində fəaliyyət ən yaxşı variant olsa da, indiyədək beynəlxalq vasitəçilər bunu Ermənistana açıq-aşkar bildirməyiblər. Heç şübhəsiz onlar yenə də bu görüşlərdə Azərbaycanı təmkinli olmağa çağıracaq. Atəşkəsin pozulmaması üçün yenə mənasız bəyanatlar veriləcək. Ancaq öz torpaqlarında Azərbycanın dinc vətəndaşları işğalçının, caninin gülləsinə tuş gələcək. Ona görə də Ermənistan terrorçu əməlinə görə, sanksiyalara məruz qalmadığından, bəlkə də havadarları tərəfindən sığallanıb, tumarlandığından cinayətlərini davam etdirir. Ancaq işğalçı əməlinə və terrorçuluğuna görə, ona bircə dəfə sanksiya tətbiq edilsə idi, torpaqlar çoxdan işğaldan azad olmuşdu. Azərbaycan vətəndaşları da öz evlərində Ermənistan ordusunun açdığı atəşdən ölməzdi. Beynəlxalq vasitəçilərin bəyanat verib, müxtəlif səviyyədə nəticəsiz görüşlər təşkil etməsi formal xarakterli olub, fəaliyyətsizlikdir.
ATƏT-in Minsk qrupu həmsədrləri Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisə ilə bağlı da bəyanat yayaraq, Azərbaycan və Ermənistanı hərbi əməliyyatları təcili olaraq dayandırmağa çağırıb.

f25_1499258580.jpg

Bununla da, Cənubi Qafqazda beynəlxalq vasitəçilər cani, terrorçu Ermənistan dövlətini öz faəliyyətsizlikləri ilə dəstəkləyir, onun yeni-yeni cinayətlər törətməsinə şərait yaradırlar.

REPORT.AZ
Diaspora