Qarabağa köç başlandı

Qarabağa köç başlandı backend

Xəbər verdiyimiz kimi iyulun 3-də Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın iclası keçirilib.


Dövlət Komitəsi sədrinin müavini, komissiyasının sədri Gəray Fərhadov artıq köçürülmə ilə bağlı işlər başa çatdırıldığını və prosesin iyulun 4-dən start götürəcəyini açıqlayıb.

Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov da Modern.az-aköçün bu gündən başlayacağını bildirib:

“Hələ ki gün yeni başlayır. Sakinlər “Dövlətqaçqınkom”dan xəbər gözləyir. Çünki dünən hər birinin əlaqə nömrələri götürüldü və rəsmilər onlara hər an zəng edə biləcəklərini bildirdilər”.

Kənd rəsmisi deyir ki, sakinlərin hamısı eyni gündə köçürülməyəcək:
“Köç mərhələli şəkildə icra olunacaq. Bildiyiniz kimi evlərin orderləri də oktyabrda növbəti 100 ev hazır olanda özəlləşmədən sonra veriləcək”.

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.

Gülşən RAUFQIZI

Modern.az

Diaspora