Həmsədrlər bu gün Vyanaya səfər edir

Həmsədrlər bu gün Vyanaya səfər edir backend

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanaya səfər edəcəklər. APA-nın məlumatına görə, bu bərədə həmsədrlərin regiona səfərləri ilə bağlı iyunun 19-da yaydıqları bəyanatda göstərilib.

Onlar Minsk qrupu üzvlərini münaqişənin həlli istiqamətində atılan addımlar barədə məlumatlandıracaqlar.

Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Diaspora