"Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsindən bu yana ən çox müzakirə edilən mövzularından biri də 4 min soydaşımızın döyüş əsnasında itməsi və ya da əsir düşməsidir. Hənsı ki, bu rəqəm da rəsmi qurumlar tərəfindən təsdiqlənib. Ermənistan tərəfi bu iddiaları hər nə qədər inkar etsə də, həqiqət heç vaxt gizlədilə bilməz".
"Qaynarinfo"nun məlumatına görə, bunu Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey sosial şəbəkə hesabında yazıb.O, azərbaycanlı əsirlərin yarıac, baxımsız vəziyyətdə Ermənistanın yeraltı mədənlərində çalışdırıldıqlarını və işgəncələrə məruz qaldıqlarını bildirib: "Qonşu ölkələrdən birinin vətəndaşı işğal altında olan Azərbaycan torpaqlarına səfər edib. O, Zod kəndi yaxınlığında əraziləri gəzərkən qızıl mədənlərində yarıac, səfil vəziyyətdə işlədilən çoxlu sayda əsir insan gördüyünü və onların azərbaycanlı əsirlər olduğunu söyləyib. Bir müddət öncə Gürcüstandan Ermənistana səfər etmiş vətəndaşlar arasında da azərbaycanlı əsirlərin olması barədə söz-söhbət yayılmışdı".
"Rəsmi rəqəmlərə görə 4 min yurddaşımızın itkin düşməsi, heç bir məqsəd güdməyən adi insanların bu barədəki söyləntiləri bu məsələnin araşdırılması üçün kifayətdir", deyən Göksel Gülbey ATƏT-in Minsk Qrupunun fəaliyyətindən də narazılığı olduğunu ifadə edib.
O, bu günə kimi Minsk Qrupu səlahiyyətlilərinin boş yerə maaş aldığını və gərəksiz yığıncaqlar təşkil etməkdən başqa heç bir şey etmədiklərini qeyd edib.