Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şakir Şamil oğlu Salahovun ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şakir Şamil oğlu Salahovun ad günüdür backend

Salahov Şakir Şamil oğlu -15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirdikdən sonra, təhsilini həmin kənddəki qiyabi orta məktəbdə davam etdirib. 1984-cü ildə hərbi xidmətə çağrılır. 1986-cı ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurub Xankəndi şəhər Daxili İşlər idarəsinin mühafizə şöbəsinə işə qəbul edilir.

Daxili İşlər Nazirliyi 1990-cı ildə Yuxarı Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün Cəmilli kəndində polis bölməsi yaradır.
Salahov Şakir Şamil oğlu bölmədə fəaliyyətə başlayır. 1991-ci ildə o, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şuşa şəhər filialının fizika-riyyaziyyat fakultəsinin qiyabi şöbəsinə daxil olur.

Cəmilli kəndində yaradılmış bölmə, əsasən Kosalar və Cəmilli kəndlərini mühafizə edirdi. Salahov Şakir Şamil oğlu ermənilər tərəfindən olan hücumların qarşısının alınmasında əsl hünər göstərirdi. 1991-ci il fevral ayının 26-da ermənilər üç tərəfdən- Ballıca, Xənəzək və Xankəndi istiqamətlərindən Cəmilli kəndinə güclü hücuma keçdilər. Həmin döyüşdə Salahov Şakir Şamil oğlu bir neçə erməni quldurunu məhv edir.

Cəmilli kəndi işğal olunduqdan sonra, 1992-ci il yanvarın 28-də o, yenidən Kosalar kəndinin müdafiəsinə yollanır.

Ağdam-Şuşa istiqamətində uçan vertalyot ermənilər tərəfindən vurulur. Sərnişinlər düşmənə təslim olmamaq üçün özlərini vertalyotdan atır, həlak olurlar. Onların arasında Salahov Şakir Şamil oğlu da var idi.

Subay idi.

Azərbaycan Resbublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.


Diaspora