Azərbaycan ordusunun cavab zərbələri nəticəsində yaralanan iki erməni hərbçisi Dağlıq Qarabağdan İrəvana aparılıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. İşğalçı Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan deyib ki, yaralılardan biri İrəvandakı Mərkəzi Hərbi Hospitala, digəri isə S.V.Malayan adına Oftalmologiya Mərkəzinə yerləşdirilib. “Hər iki yaralının vəziyyəti sabit ağırdır”-Ovannisyan deyib.Azərbaycan Müdafiə Nazirliyi düşmənin itkilərinin 3 deyil, 5 olduğu, üstəlik ağır yaralıların da olduğunu açıqladıqdan sonra Ermənistan bu gün daha 1 əsgərinin öldüyü, digər ikisinin isə yaralandığınə təsdiqlədi. Görünən budur ki, işğalçı ölkə daxilindəki etirazlardan çəkinərək itkiləri ört-basdır etməyə çalışır. İrəvan 1997-ci il təvəllüdlü Harek Qasparyanın bu gün səhər məhv edildiyini iddia edib.