Ermənistan silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədib.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, yanğın rayonun işğal altındakı Bayramlar, Baş Qərvənd və Kəngərli kəndləri ərazisində müşahidə olunur.Cəbhə xəttinə yaxın yerləşən Mirəşelli kənd sakinlərinin verdiyi məlumata görə, yanğın olan ərazilərdə erməni silahlı qüvvələrinin basdırdığı minaların partlaması da müşahidə olunub.