Bu gün Uşaqların Beynəlxalq Müdafiə günüdür.
Uşaqların həmişə müdafiəyə ehtiyacı var. Ona görə dünyada sülh olmalıdır ki, körpələr də azad, xoşbəxt, firavan, sülh şəraitində yaşaya bilsinlər.Ancaq heyf ki, belə deyil. Heyf ki, dünyanı qana çalxalayanlar, torpaq iddialı azğınlar, faşistlər sülhün bərqərar olmasına imkan vermirlər. Dünyanı müharibələrlə məhv edən faşistlər körpələri atasız, anaları övladsız, qadınları ərsiz qoyurlar. Uşaqları atasından daha yaxşı kim müdafiə edə bilər?
Bu gün uşaqların günüdür. Və əlbəttə ki buna daha çox haqqı çatan şəhid övladlarıdır. Onların ataları canları, qanları ilə onlara bu haqqı qazandırıblar.
Gününüz mübarək, ŞƏHİD BALALARI!
Qaziler.az sosial şəbəkələrdə paylaşılan şəhidlərin övladları ilə birgə şəkillərini təqdim edir: