Bu gün Azərbaycanın Milli Qəhrəmanı Karlov Yevgeni Nikolayeviçin ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Karlov Yevgeni Nikolayeviçin ad günüdür backend

Karlov Yevgeni Nikolayeviç -1960-cı il may ayının 31-də Tula vilayətinin Dubovka qosəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almışdır. 1 avqust 1977-ci ildə Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y.Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlayır. O, öz peşəsini qəlbən sevirdi.

Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxt o, burada xidmət etməyi qərara alır. Əvvəlcə Səngəçalda yerləşən 54314 saylı hərbi hissədə, sonra isə Bakıda yerləşən 843 saylı hərbi hissədə təlimatçı pilot işləyir.

Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirmişdi. O, bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışırdı. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, igidlik nümunələri göstərmişdi. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlovun həyatının ən faciəli və son günü oldu... O, Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Karlov Yevgeni Nikolayeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür

Doğulduğu Dubovka qəsəbəsində dəfn edilmişdir.
Diaspora