“The New York Times” qəzetinin əməkdaşı Devid M.Herszenhorn Qarabağdan reportaj hazırlayıb.
QAZİLƏR.AZ virtualaz.org saytına istinadən amerikalı jurnalistin Şuşa, Xankəndi və Ağdamda çəkdiyi fotoları təqdim edir.Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi “New York Times” qəzetinin əməkdaşlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərinə aydınlıq gətirib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında deyib ki, Azərbaycan Respublikasının qanunlarına riayət edərək, Nyu-York Times qəzetinin əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər edilib.