Zaxarova: “Rusiya tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırır”

Zaxarova: “Rusiya tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırır” backend

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi təmas xəttində atəşkəsin pozulmasını qınayır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Moskva tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırır. “O ki qaldı münaqişənin nizamlanması ilə bağlı görüşlərə, hələlik anons ediləcək heç nə yoxdur. Məlumat olan kimi bildirəcəyik”, - deyə M. Zaxarova vurğulayıb.
Diaspora