Şəhid oğlu atasının xatirəsini belə əbədiləşdirdi

Şəhid oğlu atasının xatirəsini belə əbədiləşdirdi backend

Xətai rayon NZS qəsəbəsindən keçən hər kəs yəqin ki, üzərində şəhid Rəşid Bağırov yazılan plakatı görüb. Plakat, elə şəhidin adını daşıyan küçədə asılıb. Onun adını əziz tutan şəhid oğlundan danışacağıq.


Xezerxeber.az-ın məlumatına görə, küçənin girişində şəhidin böyük ölçüdə şəkili vurulub. Şəhid oğlu atasına vəfa borcunu ödəmək üçün plakat hazırlatdırıb.
1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Rəşid Bağırovun oğlu, atasının əziz xatirəsini yaşadır. Şəhidin adını daşıyan küçədə vurulan bu şəkilin səbəbkarı 6 yaşında atasız qalan Xəyal Bağırovdur.
28 yaşında Vətən uğrunda canından keçən Rəşid Bağırov həmin vaxt bir qız, bir oğlan atası olub. Onsuz böyüyən oğlu Xəyal Bağırov atasının qəhramanlığını nəsildən-nəsilə ötürmək üçün Xətai rayon İcra Hakimiyyətinə müraciət edib. Hazırda adına park salmaqla məşğuldur.
Park salınan ərazidən xeyli sayda boru keçir. Onların gözə çarpmaması üçün Xəyal Bağırov üzərlərini Qarabağa aid plakatlarla örtməyi planlaşdırır.


Diaspora