3 erməni əsgər hərbçi yoldaşını öldürüb

3 erməni əsgər hərbçi yoldaşını öldürüb backend

Aprelin 25-də işğal altında olan Qarabağda döyüş postlarından birində meyiti tapılan 19 yaşlı əsgər Karen Avedisyanın ölümə görə 3 nəfər həbs edilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, həbs edilən əsgərlər A. Harutyunyan, T. Ovsiyan və E. Xanağyandır.

Onlar təhqir, döyülmə və zorakı hərəkətlər nəticəsində hərbçi yoldaşlarının ölümünə səbəb olublar.

Xatırldaq ki, çənəsindən açılan güllə yarası nəticəsində ölən erməni əsgərin ailəsi onun intihar etdiyinə inanmırdı.
Diaspora