Qarabağda yaralanan erməni hərbçi Tatul Arutunyanın vəziyyəti ağırdır.
Qaziler.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb.Bildirilib ki, 19 yaşlı Arutunyan Xankəndi hospitalından Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hərbi hospitalına aparılıb.
Erməni KİV-lərinin yaydığı məlumata görə, Tatul Arutunyan aprelin 17-də saat 18:20 radələrində işğal altındakı ərazilərimizdə yerləşən erməni qoşunlarının şimal istiqamətindəki mövqeyində yaralanıb.