Cəbhədə daha bir erməni hərbçi məhv edildi

Cəbhədə daha bir erməni hərbçi məhv edildi backend

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun bir hərbçisi öldürülüb.

Femida.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün baş verib.

Cəbhə xəttində xidmət edən 1998-ci il təvəllüdlü əsgər Karen Armenoviç Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb.

Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

Xatırladaq ki, ötən gün saat 17.50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib.
Diaspora