Albert Aqarunoviç Aqarunov - 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub.
Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayıb.Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb. Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla erməni yaraqlısını və xeyli hərbi texnikasını məhv edib.
1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.