“Status-kvo qəbuledilməzdir“ - FRANSUA OLLAND

“Status-kvo qəbuledilməzdir“ - FRANSUA OLLAND backend

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".


APA-nın “1in.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Fransua Olland uydurma "erməni soyqırımı"nın 102-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxışı zamanı deyib. “Bu münaqişə hər il gənc insanların həyatına son qoyur. Son zamanlar münaqişə daha da kəskinləşib, tez-tez hücumlar baş verir. Düzdür, tərəflər 23 ildən çox müddətdir ki, danışıqlar aparır, lakin biz gərək məsələnin həllini tapaq, çünki status-kvo qəbuledilməzdir. Bu münaqişənin hərbi həlli yoxdur”, - deyə səlahiyyət müddəti başa çatmaqda olan prezident söyləyib.

Ölkəsinin danışıqlar prosesində cəlb olunduğunu xatırladan F. Ollandın sözlərinə görə, Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa məsələnin həllinin tapılmasına can atır.
Diaspora