Bu gün saat 18:20 radələrində düşmənin Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda xidmət aparan erməni hərbçi ağır güllə yarası alıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yaralanan hərbçi 1997-ci il təvəllüdlü Tatul Aramayis HarutyunyandırMəlumata görə, o, hospitala yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.