Bu gün Azərbaycanın Milli Qəhrəmanı Etibar Firidun oğlu Hacıyevin ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Etibar Firidun oğlu Hacıyevin ad günüdür backend

Hacıyev Etibar Firidun oğlu-5 aprel 1971-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Zod kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləmişdir.

“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər 1988-ci ildə orada yaşayan azərbaycanlıları öz dədə-baba yurdlarından qovduğu zaman Etibar ailəsi ilə birlikdə Kəlbəcər rayonuna pənah gətirmişdir. O, 1989-cu il iyun ayının 13-də hərbi xidmətə çağırılmışdır. Perm vilayətində hərbi xidmətini başa vurduqdan sonra ailəsinin məskunlaşdığı Xanlar rayonuna gəlir. Öz dədə-baba yurdlarından zorla qovulması onda ermənilərə qarşı dərin nifrət hissi oyatmışdı. Hər zaman mənfur düşməndən qisas almaq barədə düşünürdü.

1992-ci il... Etibar Hacıyev könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. O, bir çox döyüşlərdə rəşadətlə vuruşur; Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin düşmən tapdağından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il iyun ayının 15-də Goranboy rayonunda Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Xanlar rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.

Xanlar rayonunun Yeni Zod kəndindəki küçələrdən biri onun adını daşıyır.
Diaspora