Qəhrəman şəhid kəşfiyyatçının ildönümü - SUMQAYITDA

Qəhrəman şəhid kəşfiyyatçının ildönümü - SUMQAYITDA backend

Azərbaycanın ərazi bütövlüyü uğrunda ötən ilin aprelində şəhid olmuş oğullarımızın ildönümü mərasimləri keçirilir.

QAZİLER.AZ xəbər verir ki, artıq bir neçə gündür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə millət vəkilləri, QHT rəhbərləri və icra hakimiyyətlərinin nümayəndələri şəhidlərin ailələrinə səfərlər edir, şəhidlərin məzarları ziyarət olunur və onların il mərasimlərində yaxından iştirak edirlər.

Bu gün Sumqayıt şəhərində polkovnik- leytenant, qəhrəman kəşfiyyatçı Raquf Orucovun ailəsində onun yas məclisi təşkil edilib.





Millət vəkilləri Bəxtiyar Əliyev, Elman Məmmədov, Bəxtiyar Sadıqov, general Məmmədhüseyn Sarıyev, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri Emin Həsənli, Rufiz Qonaqov, Anar Xəlilov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabitləri polkovnik Ağa Fəttahov, mayor Ramin Babayev, Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Akif Quliyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin rəisi polkovnik Natiq Qarayev, Gənclər Təşkilatının Milli Şurasının sədri Seymur Hüseynov şəhidin yas mərasimində iştirak ediblər.



Onlar şəhid Raquf Orucovun vətən uğrundakı şücaətindən söz açaraq ailəsinə başsağlığı veriblər.

Yas mərasimində həmçinin Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov və Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred) adına Inkişaf Fondunun sədri Ədalət Məhərrəmov da iştirak ediblər.



Şəhid polkovnik-leytenant Raquf Orucovun ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Sevda Elay (Əsgərova)

QAZİLER.AZ
Diaspora