Azərbaycanın ərazi bütövlüyü uğrunda ötən ilin aprelində şəhid olmuş oğullarımızın ildönümü mərasimləri keçirilir.
QAZİLER.AZ xəbər verir ki, bu gün Binəqədi rayonunun şəhidi Emin Bağırovun ailəsində onun yas məclisi təşkil edilib.Millət vəkilləri Azay Quliyev, Madər Musayev, Kəmaləddin Quliyev, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov, general Məmmədhüseyn Sarıyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti Ramin Babayev, Xidmətin Binəqədi rayon idarəsinin rəisi, polkovnik Novruz Rəhimov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi eskpert Emin Həsənli, YAP Gənclər Birliyinin sədri Seymur Orucov şəhidin yas mərasimində iştirak ediblər.
Onlar şəhid Emin Bağırovun vətən uğrundakı şücaətindən söz açaraq şəhidin ailəsinə başsağlığı veriblər.
Şəhidin ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sevda Elay (Əsgərova)
QAZİLER.AZ