QAZİLER.AZ-ın xəbər verdiyi kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə xidmətin əməkdaşlarından, keçmiş döyüşçülər və QHT rəhbərlərindən ibarət qruplar aprel şəhidlərinin ailələrinə baş çəkir, şəhidlərin ildönümü mərasimlərinə qatılırlar.
Bu məqsədlə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, polkovnik Rasim Şirinov, Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının gözəl ifaçısı Şəmistan Əlizamanlı Yardımlı rayonunda olublar.Şəhidin yas məclisində Yardımlı rayon İcra hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.
Şəhidin ildönümündə çıxış edən Məhəmməd Vəliyev və Şəmistan Əlizamanlı Nurəddin Mirzəyevin döyüş yolundan, göstərdiyi şücaətlərdən danışaraq şəhidimizin ailəsinə başsağlığı verib.
Daha sonra polkovnik Rasim Şirinov Xidmətin rəisi, general-leytenant cənab Arzu Rəhimovun başsağlığını şəhidin ailəsinə çatdırıb.
Şəhidin ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sevda Elay (Əsgərova)
QAZİLER.AZ