“Azərbaycan məmuru şəhid və qazilərin qan pulunu mənimsəyir“ - Etimad Əsədov

“Azərbaycan məmuru şəhid və qazilərin qan pulunu mənimsəyir“ - Etimad Əsədov backend

“Qarabağ qaziləri” ictimai birliyinin sədri Etimad Əsədov Kanal13Az kanalındakı "Olduğu kimi" verilişinin qonağı olub.

Veriliş aprel hadisələrinin ildönümünə həsr olunub.

Veriliş zamanı bir çox sualları cavablandıran Etimad Əsədov şəhid ailələrinə qan pulu verilməsi məsələsinə toxunarkən bunları bildirdi: "Bu, bizim ən ağrılı yerimizdir. Hələ birinci Qarabağ savaşı zamanı şəhid, eləcə də qazi olmuş insanların icbari şəxsi sığortası, el arasında buna qan pulu deyirlər, indiyə qədər verilməyib. Biz bu problemi çözməyə çalışırıq. Konstitusiya məhkəməsində də bu vəsaitin ödənilməsi haqqında qərar çıxarıldı. Həmin vəsaitin verilməsi məsələsi birbaşa parlamentə, millət vəkillərinə həvalə edildi. Təəssüf ki, bu vəsait o vaxtdan bu günə kimi verilməyib. Bununla bağlı dəfələrlə millət vəkilləri, o cümlədən, Hadi Rəcəbli ilə görüşümüz olub. Onlar da çox təəssüf ki, bu qəbildən olan insanlara yalançı vədlər verərək onları aldadırlar. Onlar bundan demək olar ki, açıq-aşkar imtina edirlər".

Qaziler.az

Diaspora