Bu gün qoşunların təmas xəttində Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən həlak olan pilotlar - mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə və baş leytenant Bəkir İsmayılovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür.
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, bu münasibətlə anım tədbirləri keçirilib.Mərasimlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin zabit heyəti, şəhidlərin hərbçi yoldaşları, yaxınları, eləcə də yerli icra hakimiyyətlərinin rəhbər nümayəndələri iştirak ediblər.
T.Musazadə, Ü.Vəlizadə və B.İsmayılov ötən il aprel döyüşlərində şəhid olub. Hər üç pilot II Fəxri xiyabanda dəfn edilib.