Bu gün saat 14:45 radələrində Dağlıq Qarabağın şərq istiqamətində erməni əsgəri ölüb.
"Ölkə.Az" xəbər verir ki, 1993-cü il təvəllüdlü Qor Qevorkoviç Ovannisyan aldığı güllə yarasından keçinib. Ovannisyan separatçı rejimin tərkibində müqavilə əsasında xidmət göstərirmiş.
Erməni mətbuatının iddiasına görə Ovannisyan güllə yarasından ölüb. Amma sosial şəbəkə istifadəçisi ermənilərin iddiasına görə, hərbi hissədə baş verən qarşıdurma zəmnində atışma olub və Qor Qevorkoviç bu münaqişə zəmnində qətlə yetirilib.
Qondarma respublikanın qondarma müdafiə nazirliyi insidentin detallarını öyrənmək üçün istintaq aparılır.
Qeyd edək ki, son dövrlər erməni hərbçiləri arasında hərc-mərclik, qarşıdurma sürətlə davam edir. Bir çox hallarda isə erməni əsgərlər arasında zorakılıq, homoseksuallıq hallarının geniş vüsət alması barədə elə erməni mətbuatı özü xəbərlər paylaşır.