Şuşa 25 il sonra - tarixi abidələr dağıdılıb, binalar qəzalı vəziyyətdə

Şuşa 25 il sonra - tarixi abidələr dağıdılıb, binalar qəzalı vəziyyətdə backend

Ermənistanın işğal etdiyi Azərbaycanın "şah damarı" sayılan Şuşa şəhərinin yeni görüntüləri yayımlanıb.

BAKU.WS-in məlumatına görə, Şuşanın tarixi abidələrinə xaraba günə qoyan ermənilərin bu əməllərini turistlər çəkərək sosial şəbəkələrdə yayıb. Görüntülərdən də aydın olduğu kimi Şuşa "ruhlar şəhəri"nə çevrilib. Çox az sayda insanın yaşadığı şəhərdə 25 ildə heç bir abadlıq işi də görülməyib.

Qafqazın musiqi mərkəzi olaraq tanınan Şuşa 25 ildir Ermənistanın işğalı altındadır. 8 may 1992-ci ildə Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.

Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdı.
Diaspora