ABŞ-ın populyar “The Washington Post” qəzeti Dağlıq Qarabağdan çəkilmiş fotoreportajı öz səhifəsində yerləşdirib.
Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, qəzet alman fotoqrafı Lena Muçun 2016-cı ildə Azərbaycanın işğal altındakı torpaqlarından hazlırladığı fotoreportajı oxucularına təqdim edib. Fotoreportajda Xankəndində yerləşən hərbi məktəbdə oxuyan qız kursantlardan bəhs olunur. Onların mühafizəkar orduda ciddi təzyiqlərlə qarşılaşdığını yazan jurnalist bu problemin aradan qalxmadığını yazıb.Lena Muç 2014-cü ildə Yerevan, 2015-ci ildə isə Xankəndində yerləşən hərbi məktəblərə qadın kursantların qəbul olunmağa başlandığını yazır.