“Qarabağ məsələsində qalib və məğlub tərəf ola bilməz, kompromislər olmalıdır…”

“Qarabağ məsələsində qalib və məğlub tərəf ola bilməz, kompromislər olmalıdır…” backend

“Hesab edirəm ki, bu münaqişədə qaliblər və məğlublar olmamalıdır, çünkji iki qonşu xalq arasında uzunmüddətli sülh üçün kompromislər əsasında elə həll tapılmalıdır ki, heç kim özünü qalib və ya məğlub hesab etməsin”.

Virtualaz.org xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, “Ohanyan-Raffi-Oskanyan” seçki blokunun rəhbəri Seyran Ohanyan Rusiyada fəaliyyət göstərən “EADaily” erməni portalına müsahibəsində deyib.
Ohanyanın fikrincə belə həllə nail olmaq üçün habelə iki ölkə arasında xalq dipomatiyasının resurslarını işə salmaq lazımdır. Və böyük potensiala malik intensiv dialoq üçün meydança rolunda Rusiya da çıxış edə bilər. “Hərçənd münaqişənin hərtərəfli və yekun nizamlanması üçün ATƏT meydançası hazırda ən optimal və ən realdır”-Ohanyan əlavə edib.
Keçmiş müdafiə naziri bildirib ki, onun daxil olduğu seçki bloku aprelin 2-nə təyin edilmiş seçkilərdə hakimiyyətin əsas rəqibidir və əgər seçkilər total şəkildə saxlatalaşdırılsa “Ohanyan-Raffi-Oskanyan” blokunun tərəfdarları küçələrə çıxa bilər.
Diaspora