Ermənilərin işğalı altındakı Talış kəndinin sakinləri zorla kəndə qayıtmağa məcbur edilir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2016-cı ildə 120 ailənin yaşadığı kənd aprel döyüşlərindən sonra tamamilə boşaldılmışdı. Azərbaycan ordusunun azad etdiyi strateji yüksəklik kəndi tamamilə nəzarət altında saxlamağa imkan verdiyi üçün sakinlər daha kəndə dönəmk istəmir.Buna baxmayaraq, Ermənistan rəhbərliyi cəmiyyətdə mövcud olan ruh düşkünlüyünün qarşısını almaq üçün mövqelərimizdən müşahidə olunan ərazilərdə yenidən məskunlaşma həyata keçirmək istəyir. Artıq Talışda kənd icra mərkəzinin, şadlıq evinin və bəzi evlərin tikintisi gedir.
Kəndin icra nümayəndəsi Bilen Petrosyan Talışda əkilən torpaqların 80%-nin Azərbaycan ordusunun mövqelərindən göründüyü deyib. Fred Apresyan isə daha yaşamaq üçün Talış kəndinə qayıtmaq istəmədiyini deyib.
“2016-cı ilin aprelində oğlumun 8 yaşı var idi və biz evimizi tərk etməli olduq. Təhlükəsizlik təminatı olmadan yenidən ora qayıtmaq və qorxu altında yaşamaq istəmirəm. Buna heç kim razılaşan deyil”.
Anait Xalatyan isə təmas xəttindən uzaqda yerləşən Alaşan kəndində yaşamağa razı olduğunu deyib.
“Alaşanda yaşamaq istəyirəm. Talışa dönmək istəmirəm”.
Alaşanda yaşayan daha bir sakini, Varine Xalafyan isə Talışda tikinti işləri aparmaqdansa, sakinlərə kompensasiya verilməsini təklif edir.
“Tikintiyə pul sərf etməkdənsə, özümüə pul versinlər və biz öz dərdimizə çarə qılaq”.
Xatırladaq ki, 2016-cı ilin aprelində kəndi tərk edən sakinlərin əksəriyyəti Alaşan kəndində məskunlaşıb.