Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli qeyri-mümkündür.
Qaziler.az bildirir ki. Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland mətbuat-konfransında deyib:"Biz bu gün Prezident İlham Əliyevlə uzun müzakirələr apardıq, eləcə də XİN rəhbəri Elmar Məmmədyarovla görüşdük və münaqişəni müzakirə etdik".
Həmsədrin sözlərinə görə, danışıqlar prosesinin vacibliyi xüsusilə qeyd edilib: "2016-cı ilin aprel hadisələrinin birinci ildönümü danışıqlar masasında qeyd olunmalıdır. Münaqişənin heç bir halda hərbi yolla həlli ola bilməz. Biz bu mesajı Yerevanda da verəcəyik".