Məmmədyarov Lavrovla Moskvada Qarabağı müzakirə edəcək

Məmmədyarov Lavrovla Moskvada Qarabağı müzakirə edəcək backend

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.


“XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri qismində 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynayır. Coğrafi yaxınlıq, xalqlarımızın ümumi tarixi nəzərə alınmaqla bizim üçün münaqişənin həlli böyük önəmə malikdir və ölkənin xarici siyasətinin prioritetlərinə daxildir", - deyə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Virtualaz.org xatırladır ki, Məmmədyarov həmkarı Lavrovun dəvəti ilə artıq Rusiyada səfərdədir. Səfər iki ölkə arasında aprelin 4-də tamam olacaq diplomatik əlaqələrin 25 illiyinə təsadüf edir.
Diaspora