BMT bir daha Qarabağ danışıqlarını bərpa etməyə çağırdı

BMT bir daha Qarabağ danışıqlarını bərpa etməyə çağırdı backend

BMT-nin baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır. Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlmasında baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.


"Baş katib tərəfləri atəşkəs rejiminə əməl etməyə və tezliklə danışıqları bərpa etməyə çağırır”, - deyə S.Düjarrik qeyd edib.

Onun sözlərinə görə, BMT-nin baş katibi vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması və gərginliyin təhlükəli həddən aşağı salınmasına çalışan ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa və ABŞ) səylərini tam olaraq dəstəkləyir.

Düjarrik qeyd edib ki, BMT rəhbəri tərəfləri atəşkəsə ziyan vura biləcək istənilən hərəkətdən çəkinməyə və dərhal Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənən konkret danışıqları bərpa etməyə çağırıb.

Xatırladaq ki, BMT-nin baş katibi təxminən bir həftə əvvəl də Qarabağla bağlı bəyanat vermişdi. Həmin bəyanatda o bildirmişdi ki, Avropadakı münaqişələrə dair istifadə edilən “dondurulmuş münaqişə” termini aldadıcıdır. Sülh sazişləri bağlanmadıqca və realizə edilmədikcə, gərginliyin bərpası riski qalır – biz bunu keçən il apreldə Cənubi Qafqazda və Dağlıq Qarabağda müşahidə etdik.
Diaspora