Özbəkistanın tnews.uz portalı Ermənistanın cəbhə xəttindəki son təxribatları ilə bağlı geniş məqalə yayıb.
Qaziler.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, məqalədə bildirilir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhənin bütün istiqamətlərində təxribatlar törədib, Azərbaycan mövqelərinə hücum etməyə cəhd göstəriblər. Ermənilər Xocavənd-Füzuli istiqamətində Azərbaycan mövqelərini ələ keçirməyə cəhd edib, lakin bunun qarşısı qətiyyətlə alınıb.Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir. Bildirilir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə daha yeddi rayonu işğal edib, bu isə Azərbaycan torpaqlarının 20 faizi deməkdir. Münaqişə nəticəsində 1 milyon azərbaycanlı öz ata-baba torpaqlarını tərk etməyə məcbur olub, qaçqın və məcburi köçkünə çevrilib.
Məqalədə Dağlıq Qarabağda keçirilən qondarma “referendum” haqqında da danışılır, vurğulanır ki, bu ermənilərin növbəti təxribatıdır.