Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil.
Qaziler.az Trend-ə istinadən bildirir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Ermənistan prezidenti Serj Sarkisyanla Brüsseldə görüşündən sonra deyib.Onun sözlərinə görə, bu münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır: “Münaqişə yalnız beynəlxalq qanunlar çərçivəsində, siyasi yolla həll oluna bilər”.
D.Tusk qeyd edib ki, Aİ münaqişənin həllində ATƏT Minsk qrupunun səylərini tamamilə dəstəkləyir.