Lüksemburqda Xocalı faciəsinin 25-ci ildönümü yad edilib

Lüksemburqda Xocalı faciəsinin 25-ci ildönümü yad edilib backend

Lüksemburqda “Le Royal” otelində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisi tərəfindən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanları yad edilib. Azərbaycan, Almanya, Rusiya və Fransa bəstəkarlarının müxtəlif klassik və müasir əsərləri pianoçu Nəzrin Əfəndiyeva tərəfindən, Astrid Gallez (fleyta) və Mari-Karmen Suarezin (skripka) müşayiəti ilə ifa olunub. Bu barədə QAZİLER.AZ-a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

130 siyasətçi, diplomat, tələbə və mətbuat nümayəndələrindən ibarət auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Benelüks Ofisinin direktoru Mark Vervilghen bildirib: “TEAS bu tədbirləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edir.



Xocalı qətliamı 1992-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli vəhşiliyi kimi tarixə düşərək 613 azərbaycanlı mülki şəxsin həyatını aparmışdır. Həlak olanlar arasında 106 qadın, 63 uşaq və 70 qoca insan da vardı. Bu vəhşiliyi törətmiş ermənilərin kimliyi hamıya məlumdur və onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Biz inanırıq ki, bu hadisələri törədənlərə qarşı məhkəmə işi uğurlu ola bilər. Hətta Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında belə. Azərbaycanlı qaçqın və məcburi köçkünlər hələ də ölkənin müxtəlif yerlərində yerləşən düşərgələrdə yaşayırlar. 9.7 milyon əhalisi olan xalq üçün bu rəqəm dünyada adambaşına hesablanan ən yüksək dərəcələrdən biridir.”



Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov 1992-ci ilin fevral ayında Xocalıda baş vermiş qətliamı bəşəriyyətə qarşı vəhşilik olduğunu xatırladaraq deyib: “Azərbaycan öz tolerantlığı, zəngin mədəni irsi və Avropa dəyərləri ilə məşhurdur. Məmnunluqla demək istəyirəm ki, əhalisinin böyük hissəsunu müsəlman olduğu halda qadınlara seçki hüququ verən ilk ölkə olan Azərbaycan Demokratik Respublikası artıq 1918-ci ildə ümumbəşəri seçki hüququnu Azərbaycanda tətbiq etmişdir. Bu da Azərbaycanın Avropa yönümlü olmağının çoxsaylı misallardan biridir. Xocalıdan olan 613 qurban da yalnız azərbaycanlı deyil, onlar avropalı idi!”




Diaspora