Ermənilər kəndləri boşaldır: düşmən çoxsaylı itki verdi

Ermənilər kəndləri boşaldır: düşmən çoxsaylı itki verdi backend

Ermənistan hərbi birləşmələri dünən gecədən başlayaraq, bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə təxribat hücumları edib.

Publika.az xəbər verir ki, düşmənin təxribat hücumlarının qarşısını alınıb.

Məlumatlara görə, döyüşlər hazırda da davam edir.

Ermənistan mediası Azərbaycan Ordusunun nəzarət etdiyi Talış kəndində qalan son sakinlərin də evlərini tərk etdiyini yazıb.

Talış bələdiyyəsinin sədri Vilen Petrosyan deyib ki, kənddə 10-15 kişi qalıb.

“Əslində, Talışda çox adam yox idi. Təxminən 10-15 kişi qalıb. Onların ailələri isə orada yaşamır. Hazırda kənd tamamilə boşalır”, - deyə o bildirib.



Qeyd edək ki, ötən ilin aprelində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyini azad edərək, Talış kəndinə də nəzarəti əldə edəndən sonra oradakı bütün ermənilər ərazini tərk etdi. Daha sonra cəmi 10-15 ailə geri qayıtdı. Görünür, indi onlar da kəndi tərk edirlər.

Ermənistan mediası cəbhəboyu ərazilərdə yaşayan ermənilərin qorxu içində olduğunu, əksər ailələrin qaçmağa hazırlaşdığını yazıb. Bir neçə erməni ailəsi isə artıq əraziləri tərk edir.
Ermənistan rəsmiləri itkilərini gizlətsə də, sosial şəbəkədə erməni istifadəçilər çoxsaylı ölü və yaralıların olduğunu yazır.



Misal üçün, erməni rejissor Arşak Zakaryan feysbuk hesabında yazıb ki, erməni hərbi birləşmələri itkilər verib.

Onun statusuna şərh yazan erməni istifadəçilər də itkilərin olduğunu təsdiqləyib. Ermənistanda ümumi ab-hava isə əhalinin qorxu içində olduğunu göstərir.
Diaspora