“Qismət oldu döyüşdə Roberti də, Manveli də yaralayıb tutdum“ - XOCALI GİZLİNLƏRİ

“Qismət oldu döyüşdə Roberti də, Manveli də yaralayıb tutdum“ - XOCALI GİZLİNLƏRİ backend

Apa TV-nin "Bizim həftə" verilişinin budəfəki buraxılışı Xocalı soyqırımına həsr olunub.

Mövzunun adı "Xocalı gizlinləri"dir.

Xatırladaq ki, son günlər sosial şəbəkələrdə mərhum telejurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı çəkdiyi kadrlardakı bəzi məqamlara görə müzakirələr aparılır.

Verilişin qonaqları - Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Xocalı sakini, Qarabağ qazisi Valeh Hüseynov və Qarabağ qazisi Zahid Qarayev özlərinin də şahid olduqları Xocalı gizlinləri və dəhşətləri ilə bağlı əsl həqiqətləri ictimaiyyətə çatdırıblar.

Qarabağ qaziləri birmənalı şəkildə Xocalı faciəsinin ermənilər tərəfindən planlı şəkildə törədildiyini bir daha vurğuladılar.

Çingiz Mustafayevin çıxından 25 ildir Azərbaycana qarşı istifadə edildiyini söyləyən Rey Kərimoğlu: "Mən həmin videonun tam mətninə baxmışam. Videoda Çingiz Mustafayev meyitlərin azərbaycanlılar tərəfindən təhqir edildiyini demir. Konkret olaraq orada söyləyib ki, bunu ermənilər törədib" - dedi.

Xocalının işğalı günü əsir düşən şəhər sakini Valeh Hüseynov: "Xocalı şəhidlərinin fotolarını ermənilər öz adına çıxır".

Qarabağ qazisi Zahid Qarayev: "Ağdamda bir ay əvvəl 2000 tabut hazırlanmışdı".

Qaziler.az verilişdən hazırlanan videonu təqdim edir:

Diaspora