Azərbaycanlılar ABŞ-da ermənilərə etiraz etdi

Azərbaycanlılar ABŞ-da ermənilərə etiraz etdi backend

Amerikada yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirdilər.


Bu gün ABŞ-ın paytaxtı Vaşinqton şəhərində bir qrup azərbaycanlı etiraz aksiyası keçirib.

“Ölkə.Az” xəbər verir ki, azərbaycanlılar Ermənistanın Vaşinqtonda fəaliyyət göstərən səfirliyi qarşısında etiraz aksıyası keçiriblər. Aksiyada azərbaycanlılarla yanaşı türklər də iştirak edib. Türklər arasında mətbuat nümayəndələri də olub. Bu barədə keçmiş tele-aparıcı, aksiyada iştirak edən Aynur Talıbova məlumat verib.

Aksiyanın məqsədi Xocalı soyqırımının ildönümü ərəfəsində Ermənistan səfirliyinə etiraz etmək olub. Aksiyada üzərinə ingiliscə yazılmış “Qarabağda erməni terroru”, “ermənilər, Azərbaycan torpaqlarından rədd olun”, “Xocalı bir də təkrarlanmasın”, “ermənilər BMT-nin qətnamələrini pozurlar” şüarları dalğalandırılıb.
Diaspora