ATƏT baş katibi: “Qarabağ münaqişəsi zonasındakı vəziyyət narahatlıq doğurur”

ATƏT baş katibi: “Qarabağ münaqişəsi zonasındakı vəziyyət narahatlıq doğurur” backend

“Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət narahatlıq doğurur”.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu bu gün ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında ATƏT baş katibi Lamberto Zanyer bildirib.

L. Zanyer deyib ki, Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb, vəziyyəti dəyərləndirib: “Ötən il orada böyük eskalasiya baş verdi. Lakin bu il həmin ərazidə hələ də ağır silahlar var və bu, dinc insanların ölümünə səbəb olur. Ötən il atəşkəsdən sonra ən çox qurban verildiyi il olub. Biz bundan xəbərdarıq və narahatıq. Siyasi proseslərdə impulsa ehtiyac var. Problem ondadır ki, mən bu impulsu görmürəm. Biz monitorinq aparanların sayını artırmaqla bu prosesə kömək etməyə çalışırıq. Biz daha çox iş görməyə hazırıq. Hətta insidentlərin araşdırılması mexanizmini işə salmağa çalışırıq. Amma hətta bunu üçün belə tərəflərin razılığına ehtiyac var”.
Diaspora