Hərbi fotoreportyor Əli Qafarov Qarabağ müharibəsinin ən unikal kadrlarını, vətənimizin ən layiqli oğlanlarını tarixin yaddaşına köçürərək bu günümüzə çatdırıb.
Sözsüz ki, onun əl işi olan bu fotolar gələcək nəsillərə də qiymətli bir sənəd kimi çatacaqdır! Təəssüflər olsun ki, bu gün onun səhhətində ciddi problem yaranıb. Görmə qabiliyyətini itirib.QAZİLER.AZ saytı onun haqqında qısa məlumat və müharibə dövründə çəkdiyi fotolarının bir qismini təqdim edir. Bunlar arasında Azərbaycanın Milli Qəhrəmanları, şəhidləri Yusif Mirzəyev, Şirin Mirzəyev, Allahverdi Qəmbərov və digərləri də var...
TANITIM:
Əli Qafarov əslən bakılıdır, 1943-cü ildə, iyunun 7-də, ikinci dünya müharibəsinin ağır bir vaxtlarında, “Kömürçü meydanı” yaxınlığında ata yurdunda dünyaya göz açıb. Bütün ömrünü fotomüxbirlik sənətinə həsr edib. Əvvəlcə “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan idamançısı” qəzetlərində çalışıb. 1992-ci ildən “Xalq ordusu” (Sonra adı dəyişilərək “Azərbaycan ordusu” oldu.) qəzetində və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “Sənədli filmlər kino-telestudiyası”ında çalışıb. Qarabağ müharibəsinin və ordu quruculuğunun xeyli anlarını öz barmaqları ilə tarixin lent yaddaşına köçürüb. 2006-cı ildən təqaüdə çıxıb. Bilirsiniz nə qədər pensiya alır Əli Qafarov?
1969-cu ildə isə rəhmətlik qardaşı Əhməd Qafarov o dövrün ən populyar və çoxlarının həsəd apardığı “Zenit”markalı fotoaparat alaraq ona hədiyyə edib. Və Ə.Qafarov Qarabağ müharibəsini əsasən bu fotoaparatla çəkib.
Ümid edirik ki, səlahiyyətli şəxslər Əli Qafarovun güzünün müalicəsi ilə maraqlanıb, lazımı köməklik edəckdir.