Fransanın “La Revue” jurnalı Xocalı soyqırımından yazıb

Fransanın “La Revue” jurnalı Xocalı soyqırımından yazıb backend

Fransanın “La Revue” jurnalında Xocalı soyqırımının 25 illiyi ilə bağlı “Xəzər sahilində Oradur” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Xocalı soyqırımı haqqında məlumat verilir, beynəlxalq təşkilatın bu soyqırımın qurbanları ilə bağlı statistikası təqdim olunub. Xocalı soyqırımı 1944-cü ildə Fransanın Oradur-sür-Qlan şəhərində alman faşistləri tərəfindən törədilən hadisə ilə müqayisə edilir. Bildirilir ki, bu iki qətliam arasında fərq alman faşistlərinin cinayətinin bütün dünyada tanınması, ancaq Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən laqeyd münasibətin göstərilməsi və onun hələ də işğal altında olmasıdır.

Məqalədə 2016-cı ilin aprelində qoşunların təmas xəttində baş vermiş hadisələrdən də danışılır.

Qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ATƏT-in Minsk qrupunun yaradılmasına baxmayaraq, 25 ildir Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır.

Məqalədə Ermənistanın prezidenti Serj Sarkisyanın britaniyalı jurnalistə müsahibəsində “Xocalı hadisələri azərbaycanlılara dərs oldu” söylədiyi diqqətə çatdırılıb. Belə bir vəziyyətdə tərəflər arasında dialoqun çətin olduğu bildirilib.
Diaspora