“Cocuq Mərcanlıda bəzi evlər muzey kimi saxlanılsın“ - TƏKLİF

“Cocuq Mərcanlıda bəzi evlər muzey kimi saxlanılsın“ - TƏKLİF backend

“İşğaldan azad olunan Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən vandalizmə məruz qalmış bir neçə evin açıq səma altında işğal muzeyi kimi qalması yaxşı olardı”.


APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin müşaviri Kamal Abdulla Qafqaz Müsəlmanları İdarəsində “Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! “Xocalıya ədalət!”” adlı tədbirdə bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağa qayıdış Cocuq Mərcanlıdan başlayır: “Ümid edirəm ki, Cocuq Mərcanlıda erməni vandalizminin nümunəsi olaraq dağılmış evlərin bir hissəsi açıq səma altında bir muzey kimi saxlanılacaq və bizi erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq”.
Diaspora