Xocalı qətliamının ilk şahidi - ukraynalı pilot Bakıya gəlir

Xocalı qətliamının ilk şahidi - ukraynalı pilot Bakıya gəlir backend

Fevralın 25-də saat 11:00-da Kraveç Leonid Markoviç Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlər üçün brifinq keçirəcək, Xocalıda gördüklərini danışacaq.

Mətbuat konfransının ardınca UABD-nin təşəbbüsü ilə Ukraynadan gətirilmiş və Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Əsərlərin müəllifi – Ukrayna Rəssamlar İttifaqının üzvü və UABD-nin fəallarından Rasim Seydimov çəkdiyi əsərlər haqqında geniş məlumat verəcək.


Kraveç Leonid Markoviç “Cəhənnəmi görmüş pilot” sənədli filminin təqdimatında da iştirak edəcək. Film Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb. Layihənin müəllifi və rəhbəri UABD-nin sədri Hikmət Cavadov, rejissoru isə Elmar Məlikovdur.

Fevralın 27-də Kraveç Leonid Markoviç Azərbaycan KİV nümayəndələrilə Gəncə şəhərinə səfər edəcək.

Qeyd edək ki, Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmədtə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.



Femida.az
Diaspora