İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyü və eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə prinsipial mövqeyi olduqca aydın və şəffafdır.
Bunu İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin rəhbəri Məhəmmədrza Nəcəfi “Trend”ə bildirib.M.Nəcəfi deyib: "İran Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçicəsində həll edilməsinin tərəfdarıdır.
Biz "Dağlıq Qarabağ"ı müstəqil bir respublika olaraq tanımır, buna görə də həmin ərazidə keçirilən referendumu, həmçinin sülh və təhlükəsizliyi təhdid edə biləcək hər hansı bir addımı doğru saymırıq.
Biz bu münaqişənin tezliklə sona çatması və regionda sülh və təhlükəsizliyin hakim olmasına ümid edirik".