Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan ərazilərində növbəti itkisini verib.
Musavat.com bununla bağlı Ermənistan mediasına istinadən xəbər verir.Məlumata görə, 18 fevral saat 11.45-də işğalçı ordunun əsgəri 19 yaşlı Lernik Osyan məhv edilib. Hadisə cəbhənin cənub istiqamətində baş verib. Dağlıq Qarabağdakı separatçı rejim ölüm hadisəsinin səbəblərinin araşdırıldığını bildirib.