"Azərbaycan Xarici İşlər Nazirliyinin təşkil etdiyi səfər çərçivəsində Cocuq Mərcanlı kəndində oldum. Çünki vəziyyəti daha yaxşı anlamaq üçün həmin yerlərdə olmağın vacibliyini hesab edirəm".
Bunu "Report"a dünən Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin digər rəhbərləri ilə birlikdə erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarət etmiş İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.Səfir bildirib ki, kənddə dağıntıları görüb çox məyus oldum: "Eyni zamanda, tezliklə insanların bərpa olunmuş kəndə qayıdacaqlarını ümid edirəm".
Diplomat həmçinin 1994-cü ildən bu kənddə yaşayan ailənin üzvləri ilə görüşü həyəcanlı adlandırıb: "Bu səfər Ermənistanla Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həllinin zəruriliyini bir daha xatırladır. Bununla əlaqədar olaraq, təcrübəmizə, eləcə də xalqların sülh və sabitliklə bağlı mənəvi arzularına əsaslanaraq, İsrail münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır".