“Bizim səfərimiz bir tərəfdən professional xarakter daşıyır, burada informasiya alırıq, amma digər tərəfdən bunun emosional tərəfləri də var”.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu sözləri bir qrup səfir və beynəlxalq təşkilat nümayəndələri ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. O bildirib ki, münaqişə barədə kağızlardan oxumaq və ya çıxışları dinləməkdən fərqli olaraq, orada öz gözləri ilə hər şeyi görür, insanlarla danışırlar: “Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi çox iş görür və biz digər həmkarlarımızla birlikdə bunu etməyə davam edəcəyik”.Rusiya səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha ciddi məşğul olmalıyıq“

