Səfir: “Afina Dağlıq Qarabağ məsələsində rəsmi Bakının tərəfindədir“

Səfir: “Afina Dağlıq Qarabağ məsələsində rəsmi Bakının tərəfindədir“ backend

"Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçilərinin işini və Azərbaycanın mövqeyini dəstəkləyir". "Report" xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas azərbaycanlı tələbələrlə görüşdə deyib.

"Dağlıq Qarabağ münaqişəsi olduqca qəlizdir. Bu mənada ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik və rəsmi Bakının tərəfindəyik. Yunanıstan Azərbaycana qarşı başqa cür hərəkət edə bilməz. Axı bizim də Kiprdə oxşar problemimiz var" - D.Tsunqas bildirib.

Səfirin sözlərinə görə, Kipr məsələsi 40 ildən çoxdur həll olunmamış qaldığından Yunanıstan tərəfi Azərbaycanın mövqeyini anlayır.
Diaspora