“Sərt yumruğumuzu ermənilərin başına endirməliyik”

“Sərt yumruğumuzu ermənilərin başına endirməliyik” backend

Fevralın 1-də Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girov götürülən Elnur Hüseynzadə barəsində yeni məlumat yayılıb. Rusiya mediasının xəbərinə görə, qondarma rejimin "məhkəməsi” soydaşımıza iki aylıq həbs cəzası verib.

Məlumat üçün bildirək ki, E.Hüseynzadə Talış kəndi yaxınlarında ermənilərin əlinə düşüb. Onun hərbiçi olması ilə bağlı məlumatlar yayılsa da, Müdafiə Nazirliyi xəbəri təkzib edib.

Nazirlik bildirib ki, seperatçıların əlinə düşən E.Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən ordudan tərxis olunub. İctimaiyyəti narahat edən məsələ isə Kəlbəcərli girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi Elnur Hüseynzadənin də "diversant” və ya hərbçi adı ilə işgəncə görmə ehtimalıdır.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən "Qarabağ Qaziləri” İctimai Birliyinin sədr müavini Firudin Məmmədov deyib ki, ermənilərin bizə qarşı çirkin xisləti heç zaman dəyişməyib:

"Yeni doğan körpələrin qulağına "türk sənin düşmənindir” deyə pıçıldayan bir xalqdan insanlıq adına heçnə gözləmək olmaz. Özümüz-özümüzü aldatmayaq. İstər Şahbaz və Dilqəmlə, istərsə də Elnur və ya başqa girovlarla bağlı ermənilərin düşüncəsi, niyyəti eynidir. Mən Müdafiə Nazirliyinin rəsmi mövqeyinə inanıram. Amma əsgər və ya sivil vətəndaş olmasının fərqi yoxdur. Əsir və ya girov düşən bütün azərbaycanlıların geri qaytarılması üçün dövlətimiz zəruri addımları atır. Bəzən xalq diplomatiyasından danışırlar, "bu yaxşı ermənidir, o biri pisdir” şəklində ifadələr işlədirlər. Ermənilərin öz aralarında yaxşısı, pisi ola bilər. Amma onların hamısı türklərə qarşı mənfi mövqedə dayanırlar. Sıfırdan gələrək torpaqlarımız üzərində torpaq qurublar. Bugün də "dənizdən dənizə böyük Ermənistan” ideyalarından əl çəkmirlər”.

Qazi bildirib ki, artıq zamanıdır. Azərbaycan xalqı öz torpaqlarının azadlığı uğrunda müqəddəs müharibəyə hazır olmalıdır:

"Ermənilərin başlarını əzəndən və torpaqlarımızı azad etdikdən sonra düşmən heç kimə heçnə edə bilməyəcək. Mahnı və dolma davası başımızı qatmaq üçün düşmən tərəfindən ortaya atılıb. Əslində erməni yaxşı bilir ki, iddia etdiyi hər şey bizimdir. Ancaq bununla fikrimizi, diqqətimizi əsas məsələdən yayındırmağa çalışırlar. Bütün problemlərə son qoymaq üçün sərt yumruğumuzu ermənilərin başına endirməliyik. Ondan sonra əsir və girov söhbəti eşitməyəcəyik. İnşallah, o günə çox qalmayıb. Azərbaycan dövləti konkret mövqeyini ortaya qoyub. Nəticəsiz danışıqlara getməməklə bağlı mövqeyimiz qətidir. Torpaqlarımız üçün savaşmalıyıq. Biz də həmin savaşda qazi olaraq, təcrübəli döyüşçü olaraq əlimizdən gələni edəcəyik”.

Sherg.az
Diaspora