QAZİLER.AZ saytı xəbər verir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi başa çatdı.
Hərbi orkestrin və fəxri qarovulun müşayiəti ilə onun nəşi dəfn edilmək üçün doğulub boya başa çatdığı Qusar rayonuna yola salındı.Şəhidlə vida və yolasalma mərasimində Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Azərbaycanın Hərbi prokuroru Xanlar Hacıyev, ordu generalları, zabitləri də iştirak edib. Həmçinin, jurnalistlər, ictimaiyyət nümayəndələri və xeyli sayda gənclər də şəhidimizlə vida mərasiminə qatılıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.